PAİNSTOP N10 Ağrıkəsici və İltihabəleyhinə
Ağrıkəsici və İltihabəleyhinə

PAİNSTOP N10

Qlükozamin sulfat, xondroitin sulfat və meloksikam tərkibli kombinə edilmiş preparat. Oynaq ağrılarını azaldır, qığırdağı qoruyur və bərpa edir.

Məhsul Haqqında

Hər paketdə (saşe):

Qlükozamin sulfat (Glucosamine Sulfate potassium chloride) 500 mq
Xondroitin sulfat (Chondroitin sulfate Sodium) 400 mq
Meloksikam (Meloxicam) 15 mq

Təsir mexanizmi:

Qlükozamin sulfat – birləşdirici toxumanın əsas struktur elementi olub qığırdaq matriksinin sintezini artırır, qığırdağı parçalayan fermentləri blokada edir. Yüksək biomənimsənilməyə malikdir və qığırdaq toxumasında toplanır.

Xondroitin sulfat – mukopolisaxarid təbiətli maddədir, qığırdaq və sümük toxumasında fosfor və kalsium mübadiləsini normallaşdırır, qığırdağı qoruyur, sinovial mayenin sintezini sürətləndirir və osteoporozun inkişafını ləngidir.

Meloksikam (15 mq) – qeyri-steroid iltihabəleyhinə dərman (QSİƏD) olub, siklooksigenaza-2 (COX-2) fermentini seçici inhibə edərək iltihab mediatorlarının sintezini bloklayır, ağrı, şişkinlik və qızartını sürətlə azaldır. Uzun təsir müddəti (yarımtəmizlənmə dövrü 20 saat) gündə bir dəfə qəbulu rahat edir.

Göstərişləri:

  • Osteoartroz (birincili və ikincili, koksartroz və qonartroz daxil olmaqla)
  • Diz, omba və onurğa sütunu osteoartriti
  • Revmatoid artrit, poliartrit, periartrit
  • Osteoxondroz
  • Spondilyoz
  • Sümüklərin travmatik zədələnməsi
  • Oynaqlarda aparılan əməliyyatlardan sonrakı reabilitasiya dövrü
  • Fibromialgiya
  • Digər degenerativ oynaq xəstəlikləri

İstifadə qaydası və dozası:

Böyüklər üçün: 1 paket (saşe) gündə 1 dəfə yeməkdən sonra qəbul edilir.

Əks göstərişləri:

Məhsulun hər hansı komponentinə qarşı həssaslıq.

Xüsusi ehtiyat tədbirləri:

Tövsiyə olunan sutkalıq dozanı keçməyin. Hamiləlik və laktasiya dövründə istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin.

Buraxılış forması:

N10 (saşe) paket, karton qutu qablaşdırmada.

Rəsmi Distribütor

SOLVEY PHARMA

2022-ci ildən Azərbaycanda rəsmi fəaliyyət göstərir.

Digər Məhsullarımız