Veindocanol 3% inyeksiya üçün məhlul

Beynəlxalq patentləşdirilməmiş adı: Lauromacrogol

Sklerozan maddə

veindocanol
		Tərkibi:
			*Təsiredici maddə:   2 ml məhlulun tərkibində 60 mq lauromakroqol vardır.
			*Köməkçi maddələr: etanol 96%, dinatrium fosfat dehidrat, kalium dihidrofosfat, inyeksiya üçün  su


                    GÖSTƏRİŞLƏRİ:  
			*Veindokanol 3% orta və böyük varikoz damarlarının skleroterapiyası və hemorroidal xəstəliklərin (1 və 2 dərəcəli) skleroterapiyası üçün istifadə olunur.

                    ƏKS GÖSTƏRİŞLƏRİ: 
			*Lauromakroqol 400 və ya preparatın digər maddələrindən hər hansı birinə allergiya,
			*Yataq xəstələri və ya yeriyə bilməyən pasiyentlər,
			*Ağır arterial qan dövranı pozğunluğu olan pasiyentlər (arterial okklyuziv Fonten xəstəliyinin III və IV mərhələləri),
			*Yerli və ya ayrılmış tromb (tromboembolik xəstəliklər) səbəbiylə damar tıxanıqlığı olan pasiyentlər,
			*Damar tıxanıqlığı (tromboz) riski yüksək olan pasiyentlər, 
			məsələn anadangəlmə qan laxtalanmasına meyllik və ya hormonal kontraseptivlərin istifadəsi və ya hormonal əvəzedici terapiya, artıq cəki, siqaret çəkmə, uzunmüddətli hərəkətsizlik və s. 
			*Kəskin ağır xəstəliyi olan pasiyentlər (xüsusən müalicə olunmadığı təqdirdə).
			
			Veindokanol 3% preparatı aşağıdakı hallarda istifadə edilməməlidir:
			*Kəskin ağır xəstəlikləri olan pasiyentlərdə (xüsusilə müalicə olunmadığı təqdirdə),
			*Anal nahiyədə kəskin iltihabı olan pasiyentlərdə.

                    DOZALANMA: 
		Lauromakroqol 400 preparatının dozası 1 kq bədən çəkisinə gündə 2 mq çox olmamalıdır (70 kq ağırlığında pasiyent üçün preparatın gündəlik dozası:  4,6 ml Veindokanol 3% ).
		Hiperhəssaslıq reaksiyalarına meylli olan pasiyentlərdə müalicə ilk dəfə aparıldıqda, preparat bir inyeksiyadan çox edilməməlidir.  
		Orta və Böyük ölçülü varikoz venaların skleroterapiyası
		Müalicə edilən venalara Veindokanol 3%  istifadə olunur. İlk müalicədə Veindokanol 3%  preparatının 0,5-1 ml dozada yalnız bir inyeksiyası yeridilməlidir.
		Nəticədən və müalicə edilən seqmentin uzunluğundan asılı olaraq, maksimal dozanın aşılmaması şərti ilə, sonrakı müalicə seanslarında hər inyeksiya 2 ml qədər olaraq, bir neçə inyeksiya təyin oluna bilər.
		Hemorroidal xəstəliyin skleroterapiyası
		Bir müalicə seansında Veindokanol 3% preparatının dozası 3 ml artıq olmamalıdır.
		Əldə edilən nəticələrdən asılı olaraq, maksimal 1.0 ml inyeksiya submukoz (selikli qişanın altına) təyin olunur.
		Kişilərdə hemoroidal xəstəliyin 11 saatlıq müalicəsində, inyeksiya 0,5 ml-dən çox olmamalıdır
		İstifadə qaydası
		Veindokanol inyeksiyası damar daxilinə (damardaxili) yeridilməlidir.
		Veindokanol 3% inyeksiyası submukoz (selikli qişanın altına) yeridilməlidir və birbaşa babasil daxilinə və ya yuxarıdakı qidalandıran damarların ətraf toxumalarına yeridilir.

                    BURAXILIŞ FORMASI:2 ml məhlul, ampulda. 5 ampul, içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.  
                    RƏSMİ DİSTRİBUTOR: SOLVEY PHARMA 
              
  Betasol N30 | Genosfer N30 | Kalvey N30 | Serrasol N30 | Ropsol 30ml | Vitomer D3 | Levostrong | Opeblock | Soltep | Fensavin | Solseda | Litasol | Soltrop | Vagilen | Opsidol | Zemovar| Kartovey